!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir neçə çaydan sel keçdi - FAKTİKİ HAVA

!Reklam – Yazi

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Xidmətdən verilən xəbərə görə, iyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab, Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 mm-dək olub.

Leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısamüddətli sel keçib.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv