!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir neçə cəbhədə mübarizənin aparılması hərbi büdcənin artırılmasını zərurətə çevirir” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyənin onun ətrafında qurulan tərtibləri zərərsizləşdirmək və öz milli maraqlarını təmin etmək üçün hərbi xərclərini artırması şərtdir”.

Bu fikirləri Türkiyənin gələn il üçün hərbi büdcəsinin 468,7 milyard lirə (25,2 milyard ollar) həddində planlaşdırılmasına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin aid olduğu regionlarda gərginliyin və həssaslığın artması Ankaranı hərbi potensialını daha da gücləndirməyə sövq edir:

“Bəli, Türkiyənin gələn il üçün dövlət büdcəsində hərbi xərclərlə bağlı təklifi qüvvədə qalacaqsa və qardaş ölkənin hərbi xərcləri təqribən iyirmi beş milyard dollar civarında müəyyənləşəcəksə, bu, özünəməxsus rekord olacaq.

Yəni Türkiyənin Cümhuriyyət dönəmində ilk dəfə hərbi büdcəsi iyirmi beş milyarddan çox olmaqla, rekordu müəyyənləşdirəcək. Bundan əvvəl ən böyük hərbi büdcə təqribən iyirmi milyard dollarlıq göstərici ilə 2019-cu ilin hərbi büdcəsi olub.

Təbii, qlobal iqtisadiyyatda müşahidə olunan neqativ tendensiyalar fonunda Türkiyənin hərbi xərclərini artırması heç də əsassız deyil. Regionun aparıcı dövlətinə çevrilən Türkiyə bölgədə gedən proseslərə operativ və adekvat təpki göstərməlidir.

Birbaşa desək, Türkiyə onun ətrafında qurulan tərtibləri zərərsizləşdirmək və öz milli maraqlarını təmin etmək üçün hərbi xərclərini artırması şərtdir. Baxın, Yunanıstanın hərbi avantürası, Suriya və Liviyadakı hərbi iştirak, Aralıq dənizinin şərqindəki gərginlik, həmçinin terrorçu PKK/PYD-yə qarşı mübarizə, ən əsası, Türkiyənin hərbi-sənaye kompleksini gücləndirmək zərurəti hərbi büdcəni artırmağı qaçılmaz edir.

O baxımdan, Türkiyənin hərbi xərclərini belə kəskin şəkildə artırmaq niyyətinin əsaslı olduğunu söyləyə bilərik. Növbəti illərdə hərbi xərclərin sabit qalması, yaxud da artırılıb-azaldılması yenə də bölgədəki vəziyyətdən asılı olacaq. Zərurət yaranarsa, Türkiyə milli maraqlarının müdafiəsi və gözlənilən təhdidləri dəf etmək üçün hərbi xərclərini yenidən artırmaqdan çəkinməyəcək”.

A.Zeynalov

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv