!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BİR OVUC TORPAĞA SEVGİ“ - adlı xatirə gecəsi keçirildi - FOTOLAR/VİDEO

!Reklam – Yazi

15  aprel  2024-cü  il tarixində saat 11:00-da  N.Nərimanov  adına  Sumqayıt  şəhər  Mədəniyyət  Mərkəzində  I  Qarabag müharibəsi şəhidi  Məmmədov Əhməd Teymur oğlunun anım gününə həsr olunmuş “Bir ovuc torpağa sevgi  “ adlı xatirə  gecəsi  keçirildi. Tədbirin aparıcısı Əməkdar artist Cəlal  Məmmədov idi.

Gecədə Milli Məclisin deputatları Müşviq Məmmədli, Ceyhun Məmmədov ,Fəlsəfə elmləri doktoru Mail Yaqubov , Sumqayıt  şəhər İcra  Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə Vətənin bölünməzliyindən, şəhidlərin ölməzliyindən   söhbət açdılar.

Şəhidin  oğlu Zaur  Əhməd  ailəsi adından tədbirin  təşkilatçılarına  minnətdarlığını bildirdi. Şəhid Məmmədov Əhmədin ömür və döyüş yolundan bəhs edən “Şəhid Əhməd:  Oğluna məktub” adlı sənədli filmin təqdimatı oldu. Əməkdar artist Rauf Ağakişiyevin ifasında R.Qusarçaylının “Azərbaycan  Bayrağı” şeiri səsləndi. Xanəndələrdən: Tural Salmanov, Məlahət Hacıyeva, gənc müğənni Aydan Salahova vətənpərvər  mahnılarla  çıxış  etdilər. Foyedə akustik gitarada İsazadə Telman vətənpər mahnılarla tədbir iştirakçılarını salamladı.

 

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv