!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bir qadın”la bağlı YENİ XƏBƏR - Serial davam edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

Çəkilişləri yekunlaşan “Bir qadın” serialı yeni mövsümdə də davam edəcək.

Bunu Yenicag.az-a açıqlamasında serialın rejissoru Şahin Qəhrəman deyib.


Rejissor beşinci mövsümdə də serialın davam etməsini tamaşaçı istəyi ilə əlaqələndirib:

“Beşinci mövsümdə seriala davam edəcəyik. Bunun da səbəbi reytinqin yüksək olmasıdır. Serial tamaşaçılar tərəfindən çox sevildi və elə tamaşaçıların istəyi ilə də davam etməyə qərar verdik. Yeni mövsümə tam yeni format və aktyorlarla davam edəcəyik. Köhnə obrazlardan yalnız Gülzar, əsas obraz, onun gəlini Səmayə, oğlu Tərlan qalır. Bir də əvvəlki seriallarda çəkilən aktrisa Rada Nəsibova yenidən seriala qayıdacaq”.

Rejissor serialın yenə də ATV kanalında yayımlanacağını bildirib.

Cəvahir

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv