!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir qəpiklik hörməti olmayan 5 QƏPİK: “Heç kəsin onu qəbul etməmək ixtiyarı yoxdur” – Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Əgər qanuni olaraq 5 qəpiklik pul nişanları dövriyyədə varsa, heç kəsin onu qəbul etməmək ixtiyarı yoxdur”.

Bunu 1,3,5 qəpiklik metal pul nişanlarının əksər yerlərdə qəbul edilməməsini şərh edərkən iqtisadçı ekspert Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

O, terminallarda 5 və daha az nominal dəyərli metal pulların qəbul edilməmə səbəblərinə aydınlıq gətirib:

“Əgər qanuni olaraq 5 qəpiklik pul nişanları dövriyyədə varsa, heç kəsin onu qəbul etməmək ixtiyarı yoxdur. Terminalların isə daha az nominal dəyərli pul nişanlarını qəbul etməməsi, çox güman ki, daşınma ilə bağlı bəlli xərclərin yaranmasına görədir. Yəni ola bilsin ki, onlar metal pullara nisbətən kağız əskinasları daha rahat sayıb götürürlər və buna görə də 5 qəpikləri qəbul etmirlər. Bu, qanununvericiliyin pozulması halı hesab edilmir.

Ümumiyyətlə, Azərbaycanda təkcə 1,3,5 qəpik məsələsi deyil, xarab olmuş pullarla bağlı da problem var. Qanunvericiliyə görə, kağız pulun 60%-i korlanmayıbsa, o, istifadəyə yararlı sayılır. Sadəcə həmin korlanmış əskinası banka təqdim edib əvəzləmək lazımdır. Yox, əgər pulun daha çox hissəsi, yəni 60%-dən çoxu yoxdursa, o, artıq qəbul edilmir”.

Sadiq Cavadov

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv