!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir qəsəbə tamamilə susuz qaldı - Şikayət edənlər İcra Hakimiyyəti tərəfindən HƏDƏLƏNİR

!Reklam – Yazi

Ağdam rayon Alıbəyli-2 qəsəbəsinin sakinlərinin əvvəl yarısı susuz qalmışdısa, artıq qəsəbə tamamilə suya həsrətdir.

Yenicag.az xəbər verir ki, Alıbəyli-2 qəsəbəsini su ilə təmin edən artezianların hər ikisi sıradan çıxıb. Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəl 47 evin suyu gəlmirdisə, indi bütün qəsəbə susuz qalıb. 2 aya yaxındır ki, Alıbəyli-2 qəsəbəsini içməli su ilə təmin edən artezianlardan biri yanmışdı. Qəsəbənin yarısını Ağdam Rayon İcra Hakimiyyəti su maşınları ilə təmin edirdi, bundan əlavə işləyən digər artezianın suyunu müəyyən vaxt daxilndə digər evlərə ötürürdü.

Artıq iki gündür digər artezian da yanıb. Qəsəbə sakinlərin nə içməli, nə də məişət üçün suyu var.

Qeyd edək ki, Alıbəyli-2 sakinləri may ayının 28-də Ağdam-Ağcabədi yolunu bağlayaraq etiraz aksiyası keçirib. Həmin hadisədən sonra rayon İcra Hakimiyyəti artezian quyusunun bərpası üçün işlər görməyə başlayıb. Ancaq əldə etdiyimiz məlumata görə, quyu qazılsa da, motor və digər avadanlıqların olmaması üzündən yerində qalıb.

Əlavə olaraq bildirək ki, rayon İcra Hakimiyyəti məsələ ilə bağlı yuxarı instansiyalara şikayət edənlərin özünü və qohumlarını işdən çıxarmaqla hədələdiyi deyilir.

Səxavət Məmməd

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv