!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir sinifdə neçə şagird olmalıdır? - Nazirin fikri mübahisə doğurdu

!Reklam – Yazi

Elm və Təhsil naziri Emin Əmrullayevin siniflərdə şagirdlərin sayı ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Qeyd edək ki, nazir bir sinifdə 40 şagirdin olmasının təhsilin keyfiyyətinə mənfi təsir etmədiyini bildirib.

Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”a açıqlayıb. Ekspert bildirib ki, təhsilin keyfiyyətini müəyyənləşdirən bir neçə tələb var:

“Sinifdəki şagird sayı ilə təhsilin keyfiyyəti arasında təbii ki, bir bağ var. Ancaq onu da qeyd etmək lazımdır ki, bu məqam təhsilin keyfiyyətinə birbaşa təsir göstərmir. Yəni, burada başqa komponentləri də sadalamaq olar. Keyfiyyətli təhsil üçün sinifdəki şagird sayı, dərsin və müəllimin keyfiyyəti, şagirdlərin zəka səviyyəsi, sinfin dizaynı və digər bir neçə faktoru əsas gətirmək olar”.

Mütəxəssis sinifdəki ideal şagird sayının 20 nəfəri ötmədiyini vurğulayıb:

“Bir çox elmi çalışmalarda ideal şagird sayının 18-20 arası bir rəqəm olması, xüsusilə, bir çox siniflərdə bunun əhəmiyyəti çox vacib bir şəkildə qeyd olunub. Maksimum say isə 40 şagirddir. Həmin mövzuda həm də hər şagirdə düşən sahə vacib sayılır. Dərsin spesifikası da önəmli rol oynayır. Məsələn, xarici dil dərslərində şagird sayı daha az olmalıdır. Çünki belə dərslərdə fərdi yanaşma tələb olunur. Ədəbiyyat dərsində isə say daha çox ola bilər”.

Ekspert həmçinin qeyd edib ki, ölkə ərazisindəki məktəblərin çoxunda bu kimi problemlər nəzərə çarpmır:

“Sözügedən məsələyə ibtidai siniflərdə diqqət etmək daha məqsədəuyğundur. Çünki ideal şagird sayı ən çox burada vacib məsələ sayılır. Onu da qeyd edim ki, ölkə ərazisindəki məktəblərin 70 faizində sinifdəki şagird sayı 20-25 nəfəri keçmir. Bakı və Abşeron ərazilərində yerləşən müəyyən məktəblər isə istisnadır. Çünki buradakı məktəblərdə sıxlıq müşahidə olunur. Ümumi olaraq isə, Azərbaycan məktəblərində şagird sıxlığı ilə əlaqəli bir problem müşahidə edilmir”.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv