!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir təbrikə sığdırılmayan BÖYÜK ZƏFƏR: Yeni zirvələrin fəthi üçün Prezidentimizin yanındayıq

!Reklam – Yazi

Prezident İlham Əliyev dahi şəxsiyyət və tələbkar ata olan Heydər Əliyevin, görkəmli alim və həssas ana olan Zərifə Əliyevanın tərbiyəsini görüb, Ulu Öndərin məktəbini keçib. Daha sonra İlham Əliyev dünyanın ciddi siyasi təhsil mərkəzlərindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) hələ 16 yaşı tamam olmamış qəbul olunub və bu təhsil ocağının ən gənc tələbəsi, sonra ən gənc müəllimi adını qazanıb.

Azərbaycan müstəqilliyin ilk illərində ağır iqtisadi-sosial böhran şəraitində ümidin yalnız dəniz neftinə və xarici şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb etməyə başlandığı bir vaxtda Bakıda başlayan danışıqlar sonralar İstanbulda və Hyustonda davam etdirilir.

Beynəlxalq hüquq məsələləri sahəsində dərin biliyi, opponentləri inandırmaq bacarığı sayəsində missiyanı uğurla tamamlamaq bacarığına malik Dövlət Neft Şirkətinin (SOCAR) xarici əlaqələr üzrə vitse-prezidenti İlham Əliyev Vaşinqtonda danışıqları müsbət yekunlaşdırır və bu “Əsrin müqaviləsi”nin gerçəkləşməsində vacib elementə çevrilir.
İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi fəaliyyəti üçrəngli bayrağımızın dünyanın bir çox şəhərlərində ucalması, himnimizin səslənməsi ilə tarixə yazılıb. Məhz bu uğur hekayəsinin nəticəsi idi ki, 20 il öncə Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və bu inamında yanılmadı.
Bu illər ərzində istər iqtisadi-sosial, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından, Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Qlobal miqyasda baxılarsa, bu inkişafın səbəbi sadəcə təbii sərvətlərdə deyil. Nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, yoxsulluq və səfalət içərisində yaşayır.

Söhbət ilk növbədə, liderin həlledici rolundan gedir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub. Öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları tarixdə çox azdır.
Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatik məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Vətən müharibəsindəki tarixi Zəfər bu məziyyətlərə böyük sərkərdəlik qabiliyyətini də əlavə etdi. Azərbaycan xalqı indi öz Prezidentini tam haqlı olaraq, Müzəffər Ali Baş Komandan adlandırır. Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur.

İyirmi əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün Azərbaycan öz sevinli liderinin doğum gününü qürurla qeyd etməklə bərabər, həm də 7 fevral prezident seçkilərində Qalib Komandan, Dövlət Başçısı ilə yeni zirvələri fəth etmək yolundadır!
Doğum gününüz mübarək, Cənab Prezident!
Yeni zirvələrin fəthi üçün hər zaman Sizin yanınızdayıq!

Tənzilə Rüstəmxanlı

Azərbaycan Türkiyə Evinin sədri 

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv