!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir zamanlar bədbəxt erməniləri Köçəryan, Sarkisyan öz maraqlarına qurban verirdisə, indi də..." - ŞƏRH

!Reklam – Yazi

“Arutyunyan Azərbaycana inteqrasiya olunmaqda ermənilərə mane olmasa, hökmünü, oğurladığı varidatını itirəcək”.

Bunu separatçı rejimin rəhbəri Arayik Arutyunyanın Azərbaycana inteqrasiya olunmaqda dirənməsindən və yaxın perspektivdə onları nə gözlədiyindən danışan politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Arayik Arutyunyan cinayətkardır. Hansı cinayətkar xoşluqla təslim olar ki, Arutunyandan da biz bunu gözləyək?

“Arutyunyanın Köçəryandan, Sarkisyandan, Vardanyandan heç bir fərqi yoxdur. Bir zamanlar bədbəxt erməniləri Köçəryan, Sarkisyan öz maraqlarına qurban verirdisə, indi də Arutyunyan eynisini təkrarlayır. Arutyunyan da müstəqil şəxs, siyasətçi deyil. Onun da ipi kiminsə əlindədir.

Rusiyanın emissarı Vardanyan idi. Azərbaycanın israrı və təkidi ilə Rusiya öz emissarını geri çəkdi. Çünki Rusiyanın planı Vardanyanın təkcə Xankəndidə oturması deyildi, sonradan Vardanyanı İrəvana transfer etmək istəyirdi. Lakin Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Vardanyan və ya Arutyunyan eyni düşüncənin daşıyıcılarıdır. İkisi də xarici dövlətin emissarı, agentidir. Arutyunyan daha çox Fransa ilə oturub-durur. O da başqa havadarından tapşırıq alır və icra edir.

Kimliyindən asılı olmayaraq, bu adamlarn hərəkətləri sadə ermənilərin bədbəxtliyi üzərində qurulur. Arutyunyan Azərbaycana inteqrasiya olunmaqda ermənilərə mane olmasa, hökmünü, oğurladığı varidatını itirəcək. Ona görə də ondan Azərbaycana inteqrasiyada hansısa müsbət addım gözləməyə dəymir. Adam cinayətkardır və əməllərinə görə cavab verməlidir.

Azərbaycanın öz ərazisində antiterror əməliyyatı keçirmək hüququ var. Hesab edirəm ki, bu əməliyyatlar gec-tez olacaq. Bu əməliyyatlar nəticəsində Xankəndi də ətraf ərazilərdə məskunlaşan Arutyunyan və onun kimi bütün cinayətkarlar öz cəzasını alacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv