!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birbank” taksit kartı sahiblərinə “Trendyol”da faizsiz taksit imkanı!

!Reklam – Yazi

“Birbank” taksit kartı sahiblərinə Türkiyənin ən məşhur onlayn alış-veriş platformalarından biri olan “Trendyol”da (https://trendyol.com) məhsul sifariş edərkən yeni sərfəli kampaniya təqdim edilir. Şərtlərə görə kart sahibləri istədikləri məhsulu sifariş edərkən 3 aylıq faizsiz taksit imkanından yararlana bilərlər.

Yenicag.az xəbər verir ki, sözügedən alış-veriş saytında və mobil tətbiqində ödəniş edən zaman müştəriyə SMS-bildiriş gələcək və əgər kart sahibi istəsə ödədiyi məbləği 3 ay ərzində bərabər hissələrlə banka qaytara biləcək. Bu imkandan faydalanmaq üçün minimal ödəniş və əməliyyat sayı tələbi yoxdur. Kampaniya 18 iyun 2023-cü il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bbtr3mp.

Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback debet kart” sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. “Birbank Cashback debet kart”ları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles debet kart”ları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. “Birbank Umico debet kart”ları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “Facebook” və “Instagram” səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, “WhatsApp” vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv