!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birinci sinfə qəbulda KƏSKİN AZALMA: "İmtahanların çətinliyi şagirdlərin sayına..." - ŞƏRH

!Reklam – Yazi

“İmtahan yalnız iki halda – liseylərə və rus bölməsinə qəbulda aparılır, digərlərində isə belə bir tələb yoxdur”.

Bu sözləri bu il birinci sinfə gedənlərin şagird sayının az olmasının səbəblərindən danışarkən təhsil eksperti İlqar Orucov Yenicag.az-a açıqlamasında deyib.

O, heç bir məktəb yaşına çatmış uşağın təhsildən kənarda qalmasının Azərbaycanın Konstitusiyasında nəzərdə tutulmadığını bildirib:

“Birinci sinfə qəbul imtahandan asılı olmayaraq hamı üçün icbaridir. Söhbət birinci sinfə qəbulda imtahan prosesindən gedirsə, o imtahan yalnız liseylərdə və rus bölməsində aparılır. Digər məktəblərdə birinci sinfə qəbul prosesində imtahan tətbiqi yoxdur. Yəni hər bir Azərbaycan vətəndaşı, Konstitusiyamızda əks olunduğu kimi, icbari təhsil almalıdır. Heç bir məktəb yaşına çatmış uşaq təhsildən kənarda qala bilməz.

Əgər birinci sinfə gedəcək şagirdlərin sayında azalma varsa, bu onların imtahandan keçmədikləri üçün baş verdiyi anlamına gəlməməlidir. Yuxarıda qeyd etdiyim kimi, imtahan yalnız iki halda – liseylərə və rus bölməsinə qəbulda aparılır, digərlərində isə belə bir tələb yoxdur”.

Qeyd edək ki, ötən il Azərbaycanda birinci sinifə gedənlərin sayı təqribən 152 min, bu il isə 123 min nəfərə yaxın olub.

Sadiq Cavadov

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv