!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birləşdirilən kino ittifaqlarının “MƏHƏK DAŞI: “Üzvlər arasında gerçək lider qismində yalnız iki nəfər...”

!Reklam – Yazi

“Rasim Balayev-Şəfiqə Məmmədova tandemi kinomuz üçün çox böyük nəticələr əldə edə bilər”.

Birləşdirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizəd məsələsində Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın adlarının hallanması geniş müzakirələrə səbəb olub. Onların yenidən sədr seçilməsinə etiraz edənlər artıq öz səslərini ucaltmaqdadırlar.

Bu barədə Yenicag.az-a açıqlama verən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov müzakirələrə qatılan kino xadimlərinə ziyalı kimi davranmağı məsləhət görüb:“Son dövrlər Kinematoqrafçılar İttifaqlarının birləşmə ümumi iclası ilə bağlı arayış verərərək bildirirəm ki, hər iki qurum tam hüquqi əsaslarla fəaliyyət göstərir. Onların bank hesabı və qeydiyyatı qüvvədədir. Hər iki ittifaqın üzvlərinin əksəriyyətinin iştirakı ilə keçiriləcək iclasda birləşmə baş tutacq. Yəni bu proses birləşmə yolu ilə yenilənmə kimi qavranmalıdır. Necə ki övlad dünyaya gələndə valideynlər ləğv edilmir, buna da elə yanaşmaq lazımdır.

AKİ İdarə Heyəti tərəfindən sədrliyə namizədliyi irəli sürülən Rasim Balayev toplantıda qurumun fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edəcək. O cümlədən, İdarə Heyətinin də hesabatı dinləniləcək. İclasda sədrliyə əlavə namizədlərin irəli sürülməsi də mümkündür. Hətta kim istəsə, öz namizədliyini verə bilər.

Amma qurumların üzvləri arasında gerçək lider qismində sadəcə, iki nəfər qəbul edilir və digər iddialıların onlarla rəqabət apara biləcəyi inandırıcı deyil. Rasim Balayev açıq səsvermədə istənilən rəqabətə hazırdır. Öz tərəfimizdən bildirmək istəyirəm ki, ARKİ sədri Şəfiqə xanıma qarşı sayğısızlıq və qeyri-korrekt davranış bizim üçün yolverilməzdir. İclasda belə cəhdlərin qarşısı alınacaq.

Bizim Şəfiqə xanımla mehriban şəraitdə əməkdaşlığımız kinomuzun bədxahlarında qısqanclıq qarışıq şok yaradıb. Hamıya nitqlərində və fikirlərində ziyalı kimi davranmağı məsləhət görürəm. Öz əllərinizlə adınızı kino tarixinə qara hərflərlə yazmayın. Rasim Balayev-Şəfiqə Məmmədova tandemi kinomuz üçün çox böyük nəticələr əldə edə bilər. Mən artıq bu tandemin birgə fəaliyyətinin müsbət nəticələrinin əyani şahidi oluram”.

Cəvahir

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv