!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası başlayır

!Reklam – Yazi

Bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası başlayır.

Yenicag.az xəbər verir ki, iclas dar tərkibdə – yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə – nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.

Görüşdə Japarov və Rusiya prezidenti Vladimir Putindən başqa Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Emoməli Rəhmon, Türkmənistan Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək./unikal

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv