!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bitkoin kəskin ucuzlaşdı: Kriptovalyuta bazarında stabil vəziyyət dəyişib

!Reklam – Yazi

Bitkoin kriptovalyutasının qiyməti ilk dəfə qısa müddət ərzində 17000 dollardan aşağı düşüb.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, dünyanın ən böyük kriptovalyutası olan Bitkoin son 24 saat ərzində 14 faizdən çox dəyər itirərək 16 936 dollara düşüb. Hazırda 2020-ci ilin noyabr ayından etibarən qeydə alınan ən aşağı səviyyəni görən Bitkoinin bazar dəyəri 327 milyard dollardan aşağıdır.

Bitkoinin qiymətinin kəskin ucuzlaşmasının başlıca səbəbi dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”in təsisçisi və Baş icraçı direktoru Çanpen Zaonun ticarət həcminə görə üçüncü ən böyük kriptovalyuta birjası olan “FTX”i almaqla bağlı açıqlaması olub.

Sözügedən sövdələşmə isə kriptovalyuta bazarının sabitliyi ilə bağlı narahatlıqları artırıb. Bu baxımdan Bitkoin ilə yanaşı, qlobal kriptovalyuta bazarının dəyəri də 24 saat ərzində 841 milyard dollara düşüb.

Gülşən

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv