!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən PARKLANMA PROBLEMLƏRİ: Təqsirkar kimdir, sürücü, yoxsa yeni sistem?

!Reklam – Yazi

Bir müddət öncə Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarını təsdiqlədi. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib.

Ödənişlər isə nağdsız formada həyata keçirilməli idi. Lakin hələ də ya bilərəkdən, ya da bilməyərəkdən bu qərara riayət etməyən sürücülər var. Onlar harda gəldi avtomobillərini park edirlər. Hətta ödənişi də nağd formada həyata keçirirlər.

Kimdir təqsirkar, sürücü, yoxsa parklanma ilə bağlı yeni sistem?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında parklanma ilə bağlı sistemin daha da mükəmməlləşməsinə ehtiyac olduğunu bildirib:

“Parklanma ilə bağlı sistem daha da mükəmməlləşməli və konkretləşməlidir. Bu, baş vermədiyi təqdirdə avtomobillərin parklanması ilə bağlı problemlər qaçılmaz olacaq. Məsələn, sürücü bir neçə yerə getməli olduqda avtomobilini fərqli yerlərdə park etmək məcburiyyətində qalır. Hər parklanmaya görə 1 manat verdikdə, 5 yer üçün 5 manat pul deməkdir. Bir ayda isə bu, 150 manata bərabərdir. Məhz ödənişi etməmək üçün sürücülər məcburən müxtəlif vasitələrə əl atırlar.

Ona görə də sistem elə qurulmalıdır ki, avtomobili bir yerdə parkinq edərkən müddət qalıbsa, həmin vaxtı nəzərə alaraq digər duracaqlarda da sürücüdən parklanmaya görə əlavə pul alınmasın.
Belə olduqda, hesab edirəm ki, əksər sürücülərin nəzərdə tutulmayan yerlərdə avtomobilini park etmə halları kifayət qədər azalacaq”.

Sadiq Cavadov

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv