!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən tıxac PROBLEMİ: "Bu dəyişikliklər edilməsə..." - EKSPERT İZAHI

!Reklam – Yazi

“Dizel mühərrikli avtobusların idxalına yanlış olaraq tətbiq edilmiş aksiz vergisinin ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu ölkəmizdə ictimai nəqliyyatın səviyyəsi və avtobus parkının vəziyyətini dəyərləndirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, pandemiya dövründə ictimai nəqliyyata, xüsusən də ona etimad məsələsinə ciddi zərbə dəyib:

“Məsələn, paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam edərsə, dözülməz tıxaclar müşahidə olunacaq. Ona görə də təcili olaraq ictimai nəqliyyatın yaxşılaşdırılması, avtobusların yenilənməsi, marşrut sayının artırılması, şəbəkənin genişlənməsi, ictimai nəqliyyata etimadın bərpası üçün işlər görülməlidir. Bu istiqamətdə görüləsi ən vacib işlərdən biri bütün ölkə üzrə, xüsusən də paytaxtda, Gəncədə və Sumqayıtda avtobusların yenilənməsi və onların sayının artırılmasıdır. Lakin dizel mühərrikli avtobusların idxalına 2019-cu il yanvarın 1-dən aksiz vergisinin tətbiqi dizel mühərrikli avtobusların ölkəyə gətirilməsini xeyli çətinləşdirib”.

Avtobus parkı ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını qeyd edən Ərşad Hüseynov vurğulayıb ki, bu problemin qarşısını almaq üçün vacib addımlar atılmasa, gələcəkdə çətinliklər daha da artacaq:

“Elektrobuslar və CNG (sıxılmış qaz) ilə işləyən avtobuslar hesabına genişləndirilməsi və yenilənməsi kifayət qədər çətin işdir. İctimai nəqliyyatın istismarı ilə bağlı indiki iqtisadi vəziyyətdə fərdi sahibkarların bu sahəyə ciddi yatırım edəcəyini gözləmək əbəsdir. Hətta elektrobusların və CNG ilə işləyən avtobusların geniş istismarı üçün hazırda şərait də yoxdur. “BakuBus” qarajları istisna olmaqla, avtobusları CNG ilə təmin edəcək doldurma məntəqələri yoxdur. Yalnız dövlət büdcəsi hesabına bu işin yerinə yetirilməsi də həm real deyil, həm də səmərəli olmayacaq. Belə olan təqdirdə yaxın illər üçün hələlik çıxış yolu daha müasir dizel mühərrikli avtobusların gətirilməsidir.

Dizel mühərrikli avtobusların idxalına yanlış olaraq tətbiq edilmiş aksiz vergisinin 2022-ci il yanvarın 1-dən ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir. Belə edilməsə, paytaxtın və bütövlükdə ölkənin avtobus parkının yenilənməsi və genişləndirilməsi daha da ləng gedəcək. Onsuz da il ərzində ölkəyə gətirilən avtobusların sayı bir neçə yüz olur. Onlara görə aksiz çox cüzi bir məbləğ edir və dövlət büdcəsi bundan zərər görməyəcək. Eyni zamanda nisbətən yeni dizel mühərrikli avtobusların idxalının çətinliyi 10-15 ilin dizel mühərrikli, paravoz tüstüsü verən avtobuslarından daha bərk yapışmağa vadar edir ki, bu da ekoloji baxımdan daha təhlükəlidir”.

Gülşən Şərif

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv