!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən uşaq pulu DƏRDİ: "Hökümət bizə cavab verdi ki..." - AÇIQLAMA

!Reklam – Yazi

Son günlərdə sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri də uşaq pulu ilə əlaqəlidir. Əhali tələb edir ki, bu problem yetəri qədər qaldırılsın və tədbir görülsün.

Bəs ölkəmizdə uşaq pulu hansı hallarda verilə bilər? Statistikalara nəzər salsaq, nə qədər büdcə ayırmaq mümkündür?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, 2 ildən çox müddətdir ki, bu problemlə bağlı təkliflər hazırlanır:

“Biz bu təklifləri parlamentdə də səsləndirdik. İlkin addım kimi, hər doğulan 2-ci uşağa görə 100 manat ödənilməsi mümkündür. Çünki ölkədə 2 milyon 700 mindən yuxarı 0-18 yaş aralığında uşaq var. Onların 1 milyonu ikinci uşaqdır. Yəni illik 1 milyard manat büdcə lazımdır ki, hər doğulan 2-ci uşağa görə 100 manat ödəmək mümkün olsun. Amma Azərbaycanın iqtisadi vəziyyəti bu məbləği qarşılaya bilər. Sonrakı addımda isə ölkənin iqtisadi situasiyasından asılı olaraq daha geniş tədbirlər görməkdir.

Hökümətin bizə cavabı o oldu ki, 700 min nəfər uşağa müxtəlif adlarla yardımlar edilir. Bunlara doğuşla bağlı birdəfəlik yardım və əngəlli uşaqlara verilən dövlət təqaüdü daxildir. Bundan əlavə, ailələrin sosial vəziyyətini gücləndirmək üçün də yardımlar edilir. Problem də ondan ibarətdir ki, bu yardımlar əlçatan və ya ünvanlı deyil. Bizim təklifimiz isə gözlə görülə və gündəlik həyata təsir edə biləcək modeldir. İnsanlar məhz uşaq pulu adı altında yardım almalıdır”.

Şahanə Paşa

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv