!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz Azərbaycanla öz oyunumuzu oynamalıyıq" - Samvel Babayan

!Reklam – Yazi

“Mən Azərbaycanla öz oyunumuzu oynamağı təklif edirəm”.

Yenicag.az xəbər verir ki, Qarabağı könüllü tərk etmiş keçmiş separatçı Samvel Babayan “Armenian News”a müsahibə verib.

“Ermənistan hakimiyyəti sülh müqaviləsini elə rəsmiləşdirir ki, 20-25 ildən sonra gələcək nəsillər müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə can atırlar, amma bu sülh deyil, müharibədir, sadəcə olaraq gələcək nəslə qədər təxirə salınır.

100 il əvvəl “soyqırım” olub və Türkiyənin ərazi bütövlüyünü tanımağa çalışan Ermənistanın istənilən lideri satqın olur. Bu gün diaspor hazırkı hakimiyyəti demək olar ki, tamamilə rədd edir.

Azərbaycanda savadlı insanlar başa düşməlidirlər: xalqlarımız daha 300 il mübarizə aparmasın, biz öz oyunumuzu oynamalıyıq.

Uzun müddət bizim əvəzimizə qərar verən biz yox, öz maraqlarını önə çəkən fövqəldövlətlər olub. Mən Azərbaycanla razılaşdığımız oyunumuzu oynamağı təklif edirəm.

Qarabağ muxtar respublika olmalıdır, insanlar qayıtmalıdır, iki xalq barışmalıdır və region iqtisadi, siyasi, logistik inteqrasiya yolu ilə getməlidir”,  – Babayan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv