!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz də yaxın partiyalarla ortaq maraqlarımızı ifadə edən siyasi və ya seçki bloku qura bilərik” - Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Azərbaycanda və ölkənin yerləşdiyi coğrafiyada vəziyyət kifayət qədər gərgindir”.

Bu fikirləri ölkədə yeni siyasi ittifaqların qurulma ehtimalını dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi birliklər və ya bloklar, adətən, seçki ərəfəsində yaradılır. İndiki vəziyyətdə isə hər hansı seçkilərin keçirilməsi nəzərdə tutulmur:

“Öncə bunu qeyd edim ki, bizim partiya hazırda real və aktual saydığı işlərlə məşğuldur. Nə keçmişə qayıtmaq, nə də gələcəyə xəyallarla baxmaq kimi tövrümüz var.

Məsələnin digər tərəfinə gəldikdə, məlumdur ki, siyasi birliklər və ya bloklar, adətən, seçki ərəfəsində yaradılır. İndiki vəziyyətdə isə hər hansı seçkinin keçirilməsi nəzərdə tutulmur.

Amma bütün hallarda siyasət elminin incəliklərinə uyğun olaraq, biz də seçkilər ərəfəsində dostlarla, müttəfiqlərlə, ünsiyyətdə olduğumuz partiyalarla ortaq maraqlarımızı ifadə edən müvəqqəti siyasi blok, yaxud seçki bloku qura bilərik. Lakin bu, gələcəyin işidir.

Eyni zamanda, bizim hər zaman diqqətdə saxladığımız bir məsələ bu gün də gündəmdədir. Azərbaycanda və ölkənin yerləşdiyi coğrafiyada vəziyyət kifayət qədər gərgindir. Rusiyanın Ukraynaya hərbi təcavüzü vəziyyəti xeyli mürəkkəbləşdirib.

Ona görə də bizim irəli sürdüyümüz Milli Etimad Hökuməti və siyasi qütblər arasında uzlaşma nöqtələrinin tapılması bu gün də bizim siyasi gündəmimizdədir.

Bu ideyanın reallaşması Azərbaycanın bu mərhələdən itkisiz və ya minimal itki ilə çıxması üçün keçid variantı ola bilər. Hakimiyyətdən bu istiqamətdə gözlədiyimiz addımların atılacağına inanmaq istərdik”.

A.Zeynalov

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv