“Biz İrəvandan dəqiq siqnal almışıq ki, Paşinyan dekabr ayında Sankt-Peterburqa gələcək”.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, dekabrda isə Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin (AİB) rəsmi iclasında iştirak edəcək.
“Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşdə (MDB) və AİB-nin rəsmi sammitində iştirak etmək niyyətindədir”, – Uşakov deyib.
Bunun artıq dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib:
“Biz İrəvandan dəqiq siqnal almışıq”.
Xuraman Etibarlı