!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz İrəvandan siqnal aldıq ki, Paşinyan dekabrda Rusiyaya gələcək" - Putinin köməkçisi

!Reklam – Yazi

“Biz İrəvandan  dəqiq siqnal almışıq ki, Paşinyan dekabr ayında Sankt-Peterburqa gələcək”. 

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, dekabrda isə Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin (AİB) rəsmi iclasında iştirak edəcək.

“Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşdə (MDB) və AİB-nin rəsmi sammitində iştirak etmək niyyətindədir”, – Uşakov deyib.

Bunun artıq dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib:

“Biz İrəvandan dəqiq siqnal almışıq”.

Xuraman Etibarlı

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv