!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz Laçına, onlar Zəngəzura post qursa...” - Politoloq şərhi

!Reklam – Yazi

“Əgər siyasi iradə qoyub addım ata biləcəklərsə, nəticə uğurlu olacaq”.

Bunu Münxendə keçirilən görüşün müsbət nəticələri haqqında danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Münxendə keçirilən görüşün canlı yayımının kəsilməsi fikrimcə texniki problemdir:

“Çünki əgər kəsilməni Azərbaycan etsə idi, hadisə digər dünya medialarında işıqlandırılardı. Lakin dünya mətbuatında belə bir xəbərin olmaması məsələnin texniki xətadan qaynaqlandığını deməyə əsas verir.

Ermənistanla münasibətlərin yaxın perspektivinə gəldikdə isə deyə bilərəm ki, biz məsələlərə optimist yanaşırıq. Fikirləşirik ki, bəlkə Ermənistan son proseslərdən sonra ağlını başına yığar və münasibətlərdə müsbətləşməyə doğru addım atar.

Azərbaycan birmənalı olaraq fikrini bildirib. Prezident İlham Əliyev məsələyə toxunaraq bildirib ki, Azərbaycan ən optimal variantı təklif edib. Azərbaycanın mövqeyi həm ədalətlidir, həm də beynəlxalq hüquqa söykənir. Əgər istəyirlərsə,  biz də Laçın dəhlizinə nəzarət postlarımızı quraq, onlar da Zəngəzur dəhlizinə nəzarət postlarını qursunlar. Əslində bu proses başlaya bilər. Lakin bu, Ermənistandakı indiki hökumətin siyasi iradəsindən asılıdır. Əgər siyasi iradə qoyub addım ata biləcəklərsə, nəticə uğurlu olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv