!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz Rusiyanın kiberhücumlarını dəf edəcəyik" - Bayden

!Reklam – Yazi

“Rusiya tətbiq olunan iqtisadi sanksiyalara cavab olaraq Birləşmiş Ştatların kritik infrastrukturlarına kiberhücum edə bilər”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

ABŞ-ın kritik infrastrukturlarına kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdiyini xatırladan Bayden, “Bu gün mənim administrasiyam kəşfiyyat məlumatlarına əsaslanaraq bu xəbərdarlığı təkrarlayıram. Rusiya hökuməti mümkün kiberhücumlar həyata keçirə bilər”, – deyib.

Vəzifəyə gəldiyi ilk gündən ölkənin kiber təhlükəsizliyini gücləndirmək üçün addımlar atdıqlarını və dövlət-özəl tərəfdaşlıq qurduqlarını ifadə edən Bayden, “Mənim administrasiyam hücumları dəf etmək, qarşısını almaq və lazım gələrsə cavab vermək üçün əlində olan hər vasitədən istifadə edəcək”, – deyə bildirib.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv