!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz Ukraynada bütün məqsədlərimizi yerinə yetirəcəyik" - Putin

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir  Zelenskinin bu gün Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşü gözlənildiyi bir vaxtda Rusiya Prezidenti Vladimir Putin diqqətçəkən açıqlamalar verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Putin ordunu inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edəcəklərini bəyan edib.

Putin Ukraynada təxminən 10 aydır davam edən müharibə ilə bağlı komandanlarla keçirdiyi görüşdə NATO-nun, demək olar ki, bütün imkanlarından Ukraynanı Rusiyaya qarşı dəstəkləmək üçün istifadə edildiyini bildirib.

Rusiya ordusunun Suriyadakı müharibə təcrübəsinə toxunan Putin bunları qeyd edib:

“Bu hərbi təcrübədən istifadə edilməlidir. Biz nüvə qüvvələrinin hazırlığını təkmilləşdirməyə davam edəcəyik. Biz strateji qüvvələrimizi müasir silahlarla təchiz edəcəyik. Biz Ukraynada bütün məqsədlərimizi yerinə yetirəcəyik”.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv