Reklam: High Technic
hightechnic

"Biz yanırıq, əlvida!" - Ticarət mərkəzində ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Rusiyanın Kemerova şəhərində dəhşətli yanğın baş verib.

Yenicag.az rus mətbuatına istinadən bildirir ki, “Zimnyaya vişnya” ticarət mərkəzindəki faciədə həlak olanların sayı artıq 56-ya çatıb. Hadisə zamanı çox sayda insan itkin düşüb. Ölənlərdən 41-nin azyaşlı olduğu deyilir.

Yanğında həlak olanların bəzilərinin fotolarını təqdim edirik:

37 yaşlı Tatyana Darsaliya. O, Kemerovo gimnaziyasında ingilis dilindən dərs deyirdi.

13 yaşlı Mariya və onun anası Polina

Mariyanın ölmədən öncə dostlarına yazdığı vida mesajı artıq sosial şəbəkələrdə yayılıb. O, faciə anında dostlarına “Biz yanırıq, əlvida!” sözlərini yazıb. Mariya ilə birgə onun 33 yaşlı anası Polina da yanğında həlak olub.

12 yaşlı Maya

Vika, Veronika və 11 yaşlı Vilena.

Bu üç qızın rəfiqə olduğu və həmin gün ticarət mərkəzinə də birlikdə gəldikləri bildirilir.

5 yaşlı Vika və 31 yaşlı atası Stanislav da faciədə həlak olanlar arasındadır.

5 yaşlı Ruslana və 42 yaşlı anası Yana

www.yenicag.az

2011