!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Biz Zəngəzur dəhlizini açacağıq, bu, bizim “Dünyanın kəsişməsi” layihəmizdir” – Erməni deputat

!Reklam – Yazi

“Azərbaycan, Türkiyə və Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir, biz yox demirik ki”.

Yenicag.az xəbər verir ki, bunu erməni mediasına hökumətyönlü deputat, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan bildirib.

“Yəni burada hamı Zəngəzur dəhlizinin olmasını istəyir. İrandan başqa hamı bunu istəyir. Amma İran deyir ki, bu dəhliz bizim üçün qırmızı xəttdir. Biz başa düşməliyik ki, bu dəhlizin qiyməti nə qədər olacaq?”, – Melkonyan deyib.

Daha sonra o dəhlizin açılacağı barədə danışıb.

“”Dünyanın kəsişməsi” deyəndə, yəni biz bu yolların açılmasına razıyıq, lakin onlar bizim nəzarətimizdə olmalıdır.

Biz demirik ki, bu yollar açılmayacaq. Problem ondadır ki, ruslar ona nəzarət etmək istəyir və biz onların nəzarət etməsini istəmirik”, – deputat əlavə edib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl sənədləri imzalayıb və nəzarəti Rusiya Federasiyasının FTX-yə verəcəyinə söz verib.

Xuraman Etibarlı

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv