!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizdə cəmiyyətin ən çatışmayan cəhətlərindən biri budur ki...” – Partiya sədrinin MƏYUSLUĞU

!Reklam – Yazi

“İnsanlar nəinki seçkilərə getmir, çoxu heç verdiyi səsin aqibəti ilə maraqlanmır”.

Bu fikirləri Türkiyədə ötən bazar günü keçirilmiş prezident və parlament seçkilərinə müşahidə olunan fəallığı Azərbaycanla müqayisə edən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Türkiyədəki seçkilər fonunda Azərbaycan cəmiyyətində siyasi aktivliyin nə qədər aşağı olduğu açıq göründü:

“Təbii ki, Türkiyədə keçirilən seçkiləri biz də diqqətlə izləyirdik və siyasi partiyaların, seçicilərin nə dərəcədə fəallıq sərgilədiklərini görürdük. Proses məhz bu fəallığa görə belə maraqlı alındı.

Həm seçkilərdə iştirak edən partiyaların, siyasətçilərin fəaliyyəti, həm də seçicilərin prosesə yanaşmalarında örnək kimi qəbul ediləcək məqamlar çoxdur. Partiyaların təbliğat işinin qurulmasında müəyyən yenilikləri, seçicilərin reaksiyasını və konkret tələblərinin olduğunu gördük. Bütün bunlar çox müsbət haldır.

O aktivliyi Azərbaycanla müqayisə etdikdə, deyiləsi bir söz qalmır. Bizdə cəmiyyətin ən çatışmayan cəhətlərindən biri budur ki, siyasi fəallıq aşağı səviyyədədir. Ona görə də insanlar nəinki seçkilərə getmir, çoxu heç verdiyi səsin aqibəti ilə maraqlanmır. Ümid edək ki, bizdə də vəziyyət dəyişəcək və bu barədə daha pozitiv tonda danışa biləcəyik”.

A.Zeynalov

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv