!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizdə Güney Azərbaycanla bağlı informasiyalar yalnız daxili auditoriyaya hesablanır” – PR mütəxəssisi

!Reklam – Yazi

“Xaricilərin bu mövzuda olan informasiyaları maraq və diqqətlə izləyəcəklərini düşünürəm”.

Bu fikirləri Güney Azərbaycan məsələsinin xarici ölkələrdə PR predmetinə çevirmək imkanlarını dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bizdə Güney Azərbaycanla əlaqədar yayılan informasiyalar beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərmək imkanında deyil:

“Bu, doğrudan da çox maraqlı və vacib mövzudur. İştirakçısı olduğum son tədbirlərdən birində də bu məsələni qabartdım. Bizdə əksər hallarda hər hansı informasiya hazırlananda, beynəlxalq yox, daxili auditoriya daha çox nəzərə alınır.

Ona görə də bizdə Güney Azərbaycanla əlaqədar yayılan informasiyalar beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərmək imkanında olmur. Dediyim kimi, çünki onlar daxili auditoriya üçün hazırlanmış materiallardır.

Qeyd edim ki, Güney Azərbaycan məsələsi İran faktoruna görə beynəlxalq auditoriya üçün maraqlı mövzudur. O baxımdan, xaricilərin bu mövzuda olan informasiyaları maraq və diqqətlə izləyəcəklərini düşünürəm. Ancaq bunun üçün həmin informasiyaları tələb olunan standartlara uyğun səviyyədə hazırlamaq lazımdır.

Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanda yayılan o informasiyalar xariciləri cəlb edəcək qədər yararlı deyil. Fikrimcə, bunun üzərində işləmək və Güney Azərbaycan mövzusunu beynəlxalq səviyyədə aktuallaşdırmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv