!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizə müraciət edən əksər qadınlar təqaüd yaşının artırılmasına dəstək verməyimizi istəyirlər” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Əgər pensiyaların məbləği xaricdəki qədər olsa, bizim işləyən xanımlar da daha tez təqaüdə çaxmaq istəyərlər”.

Bu fikirləri Azərbaycanda iyulun 1-dən etibarən, qadınların təqaüd yaşının 63,5 yaşa çatdırılmasına münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qadınların təqaüd yaşının artırılmasına birmənalı qiymət vermək çətindir:

“Qadınların təqaüd yaşının artırılmasına heç də hamı eyni mövqedən yanaşmır. İlk baxışda düşünülə bilər ki, kişilərlə müqayisədə qadınların təqaüd yaşı daha aşağı olmalıdır. Amma hər kəs belə fikirləşmir axı… Bəlkə də sizə qəribə gələcək, ancaq bizim cəmiyyətə müraciət edən çox sayda işləyən qadın təqaüd yaşının artırılmasına dəstək verməyimizi istəyirlər. Onlar bunu əsas gətirirlər ki, fiziki imkanları və iş qabiliyyətləri əmək fəaliyyətini davam etdirməyə imkan verdiyi halda, təqaüdə çıxarılmaları doğru deyil. Bizə bu məsələ ilə əlaqədar müraciət edənlər arasında müəllimlər xüsusilə çoxdur. Əslində onlarla razılaşmamaq da çətindir. Çünki qadınlar altmış yaşa qədər artıq övladlarını böyüdüb yerbəyer edirlər və işləməyə vaxtları olur, məşğuliyyətsiz qalmaq istəmirlər. Bizdə əsas problem təqaüdlərin məbləğidir. Əgər pensiyaların məbləği xaricdəki qədər olsa, bizim işləyən xanımlar da daha tez təqaüdə çaxmaq istəyərlər. Xarici ölkələrdə necədir? İşləyirlər, təqaüdə çıxanda da dünyanı gəzməyə imkan verəcək qədər yaxşı pul alırlar. Bizdə isə belə deyil, təqaüdlərin məbləği çox cüzidir”.

A.Zeynalov

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv