!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizim də Bakıda əsirlərimiz var, ruslar onları qaytara bilməz?” - Mikaelyan

!Reklam – Yazi

“Ruslar Bakıda saxlanılan Arutyunyan, Vardanyan və digərlərini Ermənistana qaytara bilməzlər?”.

Yenicag.az xəbər verir ki, bunu “Yerkrapah Könüllülər Birliyi”nin sədri Sasun Mikaelyan jurnalistlərə deyib.

O, jurnalistlərin azərbaycanlı hərbçinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycanda bizim də əsirlərimiz var. Bu mənim işim deyil, mənim işim sərhədi qorumaqdır. MTX nə etdiyini bilir. Siz isə hər şeyə burnunuzu soxursunuz.

Bu gün Azərbaycan tərəfində siyasi qüvvəyə malik əsirlərimiz var.
Mən məsələni siyasiləşdirmək istəmirəm. Amma gəlin başa düşək ki, bu gün əsirlikdə olan insanlar ruslara 100% güvənən insanlardır.
Ruslar bu adamları Ermənistana gətirə bilməz?” – Mikaelyan qeyd edib.

Onun fikrincə, KTMT son illər Ermənistan üçün heç nə etməyib.

“Müharibədən sonra KTMT Təşkilatın üzvü kimi Ermənistan üçün nə edib? Artıq 6 ildir ki, ruslar bizi paramparça edir.

Qarabağa gəlincə. Ümidimi itirmirəm. Zaman hər şeyi öz yerinə qoyacaq.

İndi mübarizə dəhliz uğrundadır və biz bunu təmin etməməliyik”, – Mikaelyan çərənləyib.

Xuraman Etibarlı

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv