!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bizim sənətdə pul yoxdur” deyən Afaq Bəşirqızına DƏSTƏK: “Qəpik-quruşla dolan, ailə saxla…”

!Reklam – Yazi

“Ən azı qardaş Türkiyədəki həmkarlarımızla müqayisədə, bizim aktyorlar, aktrisalar qəpik-quruş alır”.

Bu sözləri Xalq artisti Afaq Bəşirqızının sosial şəbəkələrdə müzakirələrə səbəb olan “Bizim sənətimizdə pul yoxdur” fikrinə münasibət bildirən tanınmış aktyor Əjdər Zeynalov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artistinin sözlərinə dəstək verən aktyor hətta bəzi teatrlarımızda vəziyyətin daha acınacaqlı olduğunu bildirib:

“Afaq Bəşirqızı Azərbaycan mədəniyyətində sözünü demiş böyük sənətkardır. Onun dediklərinə tamamilə haqq qazandırıram. Düz deyir, bəli, bizim sənətdə pul yoxdur.

Rusiya, ən azı qardaş Türkiyədəki həmkarlarımızla müqayisədə, bizim aktyorlar, aktrisalar qəpik-quruş alır. Bunu da hamıya şamil etmək olmaz.

Hətta elə teatrlar var ki, ümumiyyətlə, oradan alınan maaşla dolanmaq mümkün deyil. İndi gəl, bu məvaciblə dolan, ailə saxla, evinə çörək apar, kommunal xərcləri ödə. Vəziyyət çox acınacaqlıdır”.

Cəvahir

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv