!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizim üçün vacib olan Qarabağdır, Paşinyanla bağlı məsələlər isə...” – SİYASİ ŞƏRHÇİ

!Reklam – Yazi

“Bizim üçün vacib olan Qarabağdır, Qarabağda qayda-qanun yaratmaqdır. Separatçıları tərk-silah edib, qanunlarımızın işləməsini təmin etməkdir. Bir sözlə Paşinyanla bağlı məsələlər həll olunmursa, dərd etməyə ehtiyac yoxdur”.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündən sonra açıqlama verərək görüş çərçivəsində iki ölkə arasında ərazi bütövlüyünün tanınması ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.

Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında iki ölkə arasında keçirilən görüşlərdə niyə əsas məsələ olan sülhdən deyil, digər məsələlərdən danışıldığı haqda fikirlərini deyib.

O, bildirib ki, Paşinyan bir ildən çoxdur Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir:

“Hətta son açıqlamada Azərabycan ərazisini Qarabağ daxil olmaqla tanıdığını belə deyib. Sülh sazişinin imzalanması üçün sadəcə bu sözlərin sənəddə əks olunması lazımdır. Ancaq sənədə gələndə Paşinyanın qaçdığı, müqaviləni imzalamaqdan çəkindiyi müşahidə edilir. Sual yaranır: Niyə?

Görünür, Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağ məsələsinin erməni xülyasında birdəfəlik bitəcəyini düşünür. Düşünür ki, müxalif və xarici qüvvələr ona təhlükə yarada bilər. Bundan çəkinir və qorxur. Xüsusilə, Brüssel görüşündən sonra ruslar onu çəkindirdi.

Rusiya XİN Paşinyana Azərbaycanın ərazi bütövlüyünü tanımaması üçün əmr verib. Bu səbəbdən o, verdiyi vədlərə baxmayaraq əməldə heç bir addım atmır.

Üç məsələ var. Üçü də havadan asılı qalıb. Birincisi sülh sazişi, ikincisi sərhədlərin müəyyənləşməsi, üçüncüsü isə kommunikasiya xətlərinin açılması. Bu məsələlərin həlli üçün münasib ya zaman yetişmir, ya da heç zaman yetişmiyəcək.

Əlavə olaraq, hazırda Qarabağda vəziyyət gərginləşib. Bizim indi həll etməli olduğumuz məsələ artıb. Bizim üçün vacib olan Qarabağdır. Qarabağda qayda-qanun yaratmaqdır. Separatçıları tərk-silah edib, qanunlarımızın işləməsini təmin etməkdir. Bir sözlə Paşinyanla bağlı məsələlər həll olunmursa, dərd etməyə ehtiyac yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv