!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bizlik deyil, başınıza çarə qılın deyirlər” – Bakıxanov qəsəbə sakinləri ÇARƏSİZ DURUMDA - Fotolar

!Reklam – Yazi

Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakini redaksiyamıza məktub göndərib.

Yenicag.az xəbər verir ki, məktubda qeyd edilir ki, Surxay Cabbarov küçəsi 1-də yerləşən binanın 2-ci blokunda lift yararsız vəziyyətdədir.

Şikayətçilərin sözlərinə görə, demək olar ki, hər gün liftə bir sakin saatlarla qalsa da, haraylarına kimsə çatmır.

Vətəndaşlardan biri qeyd edir ki, bir ildir bu binaya köçməsinə baxmayaraq, onların şikayətlərinə baxan yoxdur: “Nə “Jek”i, nə də hər ay pul yığmağa gələn lift idarəsini buradakı vətəndaşların təhlükəsizliyi maraqlandırmır. İki saata yaxındır ki, bu binada liftdə qalmışam. Lift idarəsinə, İcra Hakimiyyətinə zəng etsəm də, hər biri məsuliyyəti boynundan atır. “Bizlik deyil, başınıza çarə qılın” deyirlər. Bəs, biz dərdimizi kimə danışaq? Vətəndaş olaraq yaşadığımız mənzildə lift problemi var və sağlam, təhlükəsiz yaşlamaq bizim də haqqımızdır. Gedib şikayətimizi kimə bildirək?”.

Sakinin sözlərinə görə, 9 mərtəbəli binada lift yalnız 9 və 7-ci mərtəbələrdə işləyir./Medianews

 

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv