!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biznes klasla Gəncəyə gedən deputat ADY-ni hədəf aldı: "Qatarda ayaqyolu işləmir" - FOTO

!Reklam – Yazi

Milli Məclisinin deputatı Müşfiq Cəfərov “Azərbaycan Dəmir Yolları” QSC ilə bağlı narazılığını bildirib.

Yenicag.az xəbər erir ki, deputat sosial şəbəkə hesabında paylaşım edərək Bakı-Gəncə sürət qatarında ayaqyolu probleminin olduğunu yazıb.

“Bakı-Gəncə sürət qatarında ayaqyolu problemi yaşanır. Biznes klasın xidmət göstərən heyəti suyun olmadığını deyir, o səbəbdən ayaqyolunun bağlı olduğunu bildirir. Biznes klasda olan sərnişinlər ekonom klasa gedir və orada ciddi növbə yaşanır. Başa düşə bilmirəm, bu niyə belə olmalıdır. İnsanlar 3 saat 45 dəqiqə qatarda yol gedir, uşaq və yaşlı insanlara necə izah etmək olar ki, su yoxdur deyə ayaqyolu işləmir?” – deyə deputat qeyd edib.

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv