!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinken: Çin bildirdi ki, Rusiyaya hərbi yardım vermir və verməyəcək

!Reklam – Yazi

ABŞ-ın və digər ölkələrin narahatlığına cavab olaraq Çin tərəfi artıq bildirib ki, onlar Rusiyaya Ukraynada istifadə etmək üçün hərbi yardım vermir və verməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pekində keçirdiyi görüşlərin yekununa dair brifinqdə deyib.

“Bu, vacib öhdəlik və siyasətdir. Biz Çin tərəfindən buna qarşı hər hansı addım görməmişik. Lakin daha əvvəl də qeyd etdiyim kimi bizi narahat edən Çində bəzi özəl kompaniyalardır ki, onlar ikili (hərbi və mülki -red.) məqsəd üçün istifadə oluna bilən materialların və ya birbaşa Rusiyanın Ukraynada hərbi imkanlarını genişləndirə bilən yardımı edə bilər”.

Blinken deyib ki, o, çinli həmkarları ilə görüşdə bu məsələni qaldırıb və Çin hökumətini bu məsələdə diqqətli olmağa çağırıb.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv