!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinken oğlunu Zelenski kimi geyindirdi - VİDEO

!Reklam – Yazi

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna ilə bağlı diqqət çəkən jest edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden “Halloween” bayramı münasibətilə Ağ Evdə şənlik keçiriblər. Tədbirdə ABŞ dövlət katibi Entoni Blinken və uşaqları da iştirak edib.

Belə ki, Amerika lideri ilə tanış olan balaca Blinkenlərin geyimi gündəm olub. Entoninin oğlu Ukrayna prezidenti Volodimir Zelenski, qızı isə Ukrayna bayrağının rəngində kostyum geyinib.

“Oğlu köynək və xaki şalvar geyinmişdi. Bu geyimin Ukrayna prezidenti Volodimir Zelenskinin məşhur obrazı ilə oxşarlığını tanımaq çətin deyildi”, – deyə Ukraynanın “24” telekanalının materialında deyilir.

Qeyd olunur ki, Zelenski 2022-ci ildə ABŞ prezidenti ilə görüşə oxşar obrazda gəlib.

ABŞ-da “Halloween” ən məşhur bayramlardan biridir. Noyabrın 1-nə keçən gecə qeyd olunur. Hər il Ağ Evdə “Halloween” şənliyi keçirilir./unikal

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv