!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinkendən Gürcüstana çağırış

!Reklam – Yazi

ABŞ dövlət katibi Antoni Blinken Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edərək, ölkə liderlərini onun “Avro-Atlantik gələcəyini” təmin etmək üçün lazımi addımları atmağa çağırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin qarşıdakı ayların  Gürcüstan üçün həlledici olacağı ilə bağlı xəbərdarlıq edib.

“Avropa İttifaqına üzvlük üçün namizəd statusunun tarixi nailiyyəti də daxil olmaqla, Gürcüstan xalqı üçün mühüm 12 ay oldu. Qarşıdakı aylar bu fürsətin reallığa çevrilməsi üçün kritik olacaq”, – Blinkenin bəyanatında qeyd olunub.

Dövlət katibi əlavə edib ki, Vaşinqton gürcü xalqının Avro-Atlantik gələcəyə olan istəklərini dəstəkləməyə davam edəcək. O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Gürcüstan liderlərini “ölkəni düzgün istiqamətdə irəliləmək” üçün lazımi addımları atmağa çağırır.

Mayın 24-də Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar ABŞ-nin Tbilisi ilə münasibətlərə yenidən baxacağı və onu dəstəkləyən məmurlara qarşı viza məhdudiyyəti tətbiq edəcəyi barədə məlumat yayılmışdı./unikal

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv