!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinkenin köməkçisi postuna yeni namizədin adı Senata təqdim olundu

!Reklam – Yazi

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postuna yeni namizədin adı Senata təqdim olunub.

Yenicag.az ABŞ Senatının saytına istinadən xəbər verir ki, bu posta Ceyms O-Braynın namizədliyi irəli sürülüb.

Onun namizədliyi artıq Senatın Xarici İşlər Komitəsinə göndərilib.

Qeyd edək ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid istefa verib.

Ceyms O’Brayn hüquqşünas və diplomatdır. O, 2022-ci ilin aprelindən Bayden administrasiyasında Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri vəzifəsində çalışır. O’Brayn daha əvvəl, 2015-2017-ci illərdə girovlarla iş üzrə xüsusi nümayəndə vəzifəsində çalışıb.

//apa

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv