!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinkenin Paşinyana ZƏNGİ: "Regionda yeni müharibə ocağının alovlanması..."

!Reklam – Yazi

“Rusiya bu ilin martına qədər Ermənistana Zəngəzurla bağlı təzyiqləri daha da artıracaq”.

Bunu ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında olan məsələyə birtərəfli qaydada yanaşır:

“Əlbəttə, ABŞ-nin regionda sülhə nail olmaq cəhdləri təqdir olunandır. Lakin sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizi, istərsə də Laçın yolundakı vəziyyət bir-birilə bağlı məsələlərdir. Amerika QHT-ləri, beyin mərkəzlərinin və ekspertlərinin də Laçın dəhlizində keçirilən aksiya ilə bağlı məsələlərə birtərəfli qaydada, daha çox ermənilərin müdafiəsi baxımından yanaşdığını müşahidə edirik. Əfsuslar olsun ki, bu səhvləri rəsmi Vaşinqton da təkrar edir.

Qərbin Zəngəzur dəhlizində bir o qədər maraqlı olmadığını anlamaq olar. Dəhlizdən Rusiyanın istifadə etməsini və təhlükəsizlik qüvvələrinin dayanmasını istəmirlər. Paşinyan vaxt uzatmaqla Ukraynada zəifləyən Rusiyanın Zəngəzur dəhlizindən əl çəkməsini gözləyir. Planı isə dəhlizin təklif etdiyi kimi yolun Avropa İttifaqı qüvvələri tərəfindən mühafizəsinin hayata keçirilməsidir. Belə olan halda Rusiya bu yoldan istifadə edə bilməyəcək.

Paşinyanın həmin yanaşmanın prosesləri dalana apardığını dərk etmir. O, regionda yaranan reallığı Qərbə düzgün təqdim etmir. Laçın yolunda baş verən proseslər məhz bununla bağlıdır.

Blinkenin Paşınyana zəngi indiki məqamda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. Çünki hal-hazırda danışıqlar Qərb platformasında deyil, Rusiyanın vasitəçiliyi ilə aparılır. Rəsmi İrəvan danışıqlardan boyun qaçırmağa cəhd etsə də, sona qədər yayına bilməyəcək.

Rusiya bu ilin martına qədər Ermənistana Zəngəzurla bağlı təzyiqləri daha da artıracaq. Nəhayət həm ABŞ, həm də Ermənistan anlamalıdır ki, bu gün Laçın yolundakı vəziyyət və Zəngəzur dəhlizi məsələsi bir-birinə sıx bağlı olan məsələlərdir. Bunların həlli üçtərəfli razılaşmadan keçir. Şərtlərə əməl etməklə Ermənistan avtomatik sülh müqaviləsini imzalamış olacaq. Əks halda, regionda yeni müharibə ocağının alovlanması qaçılmaz görünür. Ona görə indiki məqamda Qərb tərəfindən eyni yanaşma, yəni Ermənistanın müdafiəsinə hesablanan mövqe sərgilənəcəksə, ABŞ proseslərdən nə qədər kənar durarsa, bu bir o qədər regionun xeyrinə işləmiş olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv