!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Blinkenin telefon diplomatiyası: "ABŞ Kremlə mesaj göndərir ki..."

!Reklam – Yazi

“ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışır”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinkenin rəsmi Bakı və İrəvanla apardığı telefon diplomatiyası haqqında fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, rəsmi Vaşinqton bununla Kremlə mesaj göndərir ki, bölgədə ABŞ də var:

“ABŞ dövlət katibi Entoni Blinken yenə Bakıya və İrəvana zəng edib, bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə Praqadakı razılaşmaların detalları ilə maraqlanıb. Aydındır ki, Blinken Bakıya və İrəvana zəng etmədən də Praqa danışıqlarının təfərrüatları barədə kifayət qədər məlumatlıdır, sadəcə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla fikir mübadiləsini davam etdirməklə Kremlə mesaj göndərir ki, bölgədə ABŞ də var. Son 30 ildə bir başqa ABŞ dövlət katibinin Blinken qədər Cənubi Qafqazla maraqlandığını xatırlamıram. Kreml Ukraynada işğalçı müharibəni davam etdirdiyi və bataqlıqdan necə çıxacağı bəlli olmadığı dövrdə ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışır”.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv