!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bloomberg"dən FED proqnozu: 75 bazda artım baş verəcək

!Reklam – Yazi

Qlobal bazarlarda 100 bazlıq faiz artımı gözlənsə də, ABŞ-nin “Bloomberg” agentliyi FED-dən faiz dərəcələrində 75 baz bənd artım gözləyir.

Yenicag.az “Bloomberg”ə istinadən xəbər verir ki, son iqtisadi göstəricilər FED-in iyulun 27-də keçiriləcək iclasında 75 baza bəndini artırmasının daha məqsədəuyğun olduğunu göstərir. ABŞ-də açıqlanan yüksək iyun inflyasiya məlumatlarından sonra bazarlar FED-in bu ay faiz dərəcələrini 100 baza bəndi artıra biləcəyini ehtimal edirlər.

ABŞ-də Əmək Departamentinin 13 iyul 2020-ci il tarixində açıqladığı məlumatlara görə, inflyasiya illik 9,1 faiz artaraq 1981-ci ilin sonundan bəri görülənən yüksək səviyyəyə çatıb. “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların orta gözləntiləri 8,8 faiz olub. Digər tərəfdən, inflyasiya aylıq bazda yüzdə 1,3 artaraq 2005-ci ildən bəri ən böyük artımdır.

İqtisadçılara görə, son zamanlar neft və əmtəə qiymətlərinin ucuzlaşması iyul ayında inflyasiyanın aşağı düşəcəyindən xəbər verir. Lakin “Bloomberg” agentliyinin proqnozuna görə, koronavirus pandemiyasının yenidən sürətlə yayıldığı və Ukrayna müharibəsinin davam etdiyi bir mühitdə inflyasiya riskləri yüksək olacaq və 75 bazda artım baş verəcək.

Gülşən Şərif

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv