!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Blythe Star" xəyal gəmisinin sirri: 50 ildən sonra tapıldı

!Reklam – Yazi

Təxminən yarım əsr əvvəl itkin düşmüş “Blythe Star” xəyal gəmisi Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Assosiasiyası və Tasmaniya Universitetinin alimlərindən ibarət qrup tərəfindən aşkar edilib və araşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb .
Məlumatda bildirilib ki, “Blythe Star” yük gəmisi 1973-cü ildə faciə baş verən zaman Tasmaniyanın paytaxtı Hobart və King Island arasında müntəzəm səfərdə olub.  Gəmi qəfildən aşıb. Gəmidə olan on ekipaj üzvü xilasedici salına minə bilib. Lakin doqquz gün açıq dənizdə olan heyətin yalnız yeddisi sağ olaraq xilas edilib.

Gəminin uzun illər axtarışı nəticə verməyib. Ancaq 2023-cü ilin aprelində sualtı sürüşmələri araşdıran bir qrup tədqiqatçı Tasmaniyadakı Cənubi-Qərbi Keyp yarımadasından təxminən 10,5 kilometr aralıda “Blythe Star” gəmisinin qalıqları tüöılıb. Alimlər daha sonra kartoqrafik məlumatların və video yazıların köməyi ilə gəminin özünü müəyyən edə biliblər. “Blythe Star” tapılan zaman dəniz yosunu ilə örtülmüş, gəminin arxa hissəsi isə zədələnmiş və təkər yuvası itmiş formada olub.

Qeyd edilib ki, “Blythe Star”ın sirli qəzası Avstraliyada naviqasiya təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş qanunların tətbiqinə təkan olub. Bu faciə nəticəsində gəmilərin mövqeyinin bildirilməsi sistemi işə salınıb ki, bu da fövqəladə hallara daha tez reaksiya verməyə və dənizdə insanların həyatını xilas etməyə imkan verib.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv