!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT: Aclığa qarşı mübarizə effektini itirir

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib ki, qlobal yoxsulluq və aclıqla mübarizədə onilliklər ərzində əldə edilmiş tərəqqi “COVID-19” pandemiyası, iqlim dəyişikliyi və Ukraynada davam edən müharibə ucbatından puç olub.

Yenicag.az “Bloomberht”ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq aləmdə baş verən siyasi və iqtisadi proseslər çərçivəsində təşkilatın kritik inkişaf məqsədlərinin maliyyələşdirilməsinə yardım edən Qərb ölkələrinin 2030-cu ilə qədər ifrat yoxsulluq və aclıqla mübarizə təşəbbüsünə yardım edə bilməyəcəyindan narahatdır. Belə ki, iqlim və münaqişə problemi olan sahələrin maliyyələşdirilməməsi gələcəkdə daha yüksək xərclərə səbəb ola bilər.

Xüsusilə iqlim dəyişikliyinin yaratdığı fəsadlar, Ukraynadakı müharibənin ərzaq təhlükəsizliyinə və enerji böhranına səbəb olması mövcud narahatlıqları daha da artırıb.

Gülşən Şərif

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv