!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT barədə ŞOK AÇIQLAMA: 1200 əməkdaşı HƏMAS və “İslami Cihad”ın üzvüdür

!Reklam – Yazi

BMT agentliyinin 1200 əməkdaşı HƏMAS və “İslami Cihad”ın üzvüdür.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” Yəhudi Dövlətinin ABŞ-yə verdiyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
İsrail hakimiyyəti hesab edir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşlarının 10%-ə qədəri (1200 nəfər) HƏMAS və “İslami Cihad”ın üzvləridir.

Qeyd olunur ki, 2023-cü il oktyabrın 7-də yaraqlıların İsrailin cənubuna hücumunda azı 13 əməkdaş iştirak edib.

Birləşmiş Ştatlar, Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir sıra ölkələr UNRWA-nın oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumunda iştirakına görə maliyyələşdirməni dayandırıb.

Xuraman Etibarlı

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv