!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Baş Assambleyası Srebrenitsa soyqırımı ilə bağlı qətnamə qəbul etdi

!Reklam – Yazi

BMT Baş Assambleyası Qərb ölkələrinin Srebrenitsada soyqırımı ilə bağlı təqdim etdiyi qətnamə layihəsinin lehinə səs verib.

Yenicag.az xəbər verir ki, 84 ölkə “1995-ci ildə Srebrenitsa soyqırımını Beynəlxalq Anma Günü” adlı sənədin lehinə, Rusiya və Çin də daxil olmaqla, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə səsvermədə bitərəf qalıb.

Qətnamə layihəsi Bosniya və Herseqovina, Ruanda, Almaniya nümayəndələri tərəfindən irəli sürülüb, əsasən Qərb ölkələri tərəfindən birgə dəstəklənib.

Serbiya Prezidenti Aleksandar Vuçiç öz növbəsində qeyd edib ki, sənəd “beynəlxalq arenada müstəqil mövqeyə malik bütün ölkələr üçün siyasi cəzanın qaçılmazlığını göstərmək” məqsədi daşıyır./Oxu.az/

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv