!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Baş katibindən İran və İsrailə ÇAĞIRIŞ: “Bu, bütün dünya üçün təhlükədir”

!Reklam – Yazi

BMT-nin Baş katibi Antonio Quterreş İran və İsraili Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb. 

Yenicag.az xəbər verir ki, o, bu barədə İsrailin tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi həm region, həm də bütün dünya üçün təhlükəlidir.

“İndi təmkin və gərginliyin azaldılması zamanıdır. Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq vacibdir”, – BMT rəhbəri bildirib.

Baş katib qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvləri sülhün qorunması istiqamətində fəaliyyətə görə məsuliyyət daşıyırlar və regional və qlobal sülh və təhlükəsizlik təhdid altındadır və bu, hər saat daha da pisləşir. “Nə region, nə də dünya bundan da böyük müharibəyə tab gətirə bilməz”, o vurğulayıb.

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına raket zərbəsi endirib və nəticədə iki general da daxil olmaqla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı 7 əməkdaşı həlak olub.

Tehran İsrailin İran konsulluğuna hücumuna cavab verəcəyini vəd edib və bildirib ki, çünki bu, ölkə ərazisinə edilən hücuma bərabərdir.

İsrail rəsmiləri bildiriblər ki, Təl-Əviv İranın birbaşa hücumuna hazırdır və eyni şəkildə cavab verəcək.

Aprelin 13-dən 14-nə keçən gecə İran yüzlərlə kamikadze pilotsuz uçan aparat, ballistik və qanadlı raketlərdən istifadə etməklə İsrailə qarşı kütləvi hücuma keçib.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hərbi obyektlərin məhv edildiyini bildirib.

İsrail ordusunun məlumatına görə, İsrailin hava hücumundan müdafiə vasitələri raketlərin əksəriyyətini uğurla ələ keçirib. Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin cənubundakı hərbi baza da daxil olmaqla, az sayda zərbələr qeydə alınıb.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv