!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçiriləcək

!Reklam – Yazi

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-i bazar ertəsi qapalı iclas keçirəcək. İclasın mövzusu Fələstinin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı müraciətə yenidən baxılması tələbi olacaq. 

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə aprel ayında Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hakimiyyəti dünya təşkilatına daimi üzv olmaq üçün müraciət etmişdi, lakin sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verdi.

“Saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Fələstinin BMT-yə üzvlük ərizəsinə yenidən baxılması tələbini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək”, – məlumatda deyilir.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv