!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-dən həyəcan təbili: Dünyada 768 milyon insan acdır

!Reklam – Yazi

BMT ötən ilin martından bəri aclıq çəkən insan sayının 118 milyon artdığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda bildirilib.

Qeyd olunub ki, dünya əhalisinin təxminən 10 faizi kifayət qədər qidalana bilmir.

Hesabata əsasən, dünyadakı aclıq və kifayət qədər qidalanmama faizləri 2019-cu ildə 8,4 olduğu halda, 2020-ci ildə 10-a çatıb ki, bunda da koronavirusun böyük təsiri olub.

Aclıq çəkənlərin sayının 768 milyona yüksəldiyi vurğulanıb.

Hesabata görə, dünya miqyasında aclıq çəkən 768 milyon insanın 418 milyonu Asiyada, 282 milyonu Afrikada, 60 milyonu Latın Amerikası və Karib dənizi hövzəsində yaşayır.

Afrikada yaşayanların 21 faizi kifayət qədər qidalana bilmir.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv