BMT-nin keçmiş baş katibi Bakıda səfərdədir

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə mən ölkənizdə Cənubi Koreyanın xarici işlər naziri kimi rəsmi səfərdə oldum. BMT-nin baş katibi olduğum dövrdə isə azərbaycanlı nümayəndələrlə, xüsusən də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla sıx əməkdaşlıq etmişik. Prezident Əliyev bütün səylərini sülhə dəstəyə yönəldirdi. Mən onun idarəçilik və liderlik qabiliyyətinə heyran olmuşam və hörmət edirəm.

Yenicag.az xəbər verir ki, bunu 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya səfərə gəlmiş BMT-nin keçmiş baş katibi Pan Gi Mun deyib.

“Bu gün Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir. Hesab edirəm ki, bu konfransda iştirak etmiş bütün dünya skautları Azərbaycanın insanlığa, sülhə və dünyada əmin-amanlığa yönəlmiş cəhdlərini görəcəklər. Bu prinsiplər dünya vətəndaşı olmaq istəyən skautlar üçün motivasiya və ruh yüksəkliyi deməkdir”, – deyə BMT-nin keçmiş baş katibi əlavə edib.

Yenicag.az

COP29