!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-nin MƏNASIZ TOPLANTISI: “İnsan haqları bəhanəsi ilə Azərbaycana təzyiq etmək...”

!Reklam – Yazi

“Özlərini ermənilərin hamisi qismində aparanlar son proseslərdə Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar”.

Bu fikirləri BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ regionunda yaranmış vəziyyətə həsr olunan toplantının yekununu dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən toplantı insan haqları anlayışı ilə spekulyasiya edən dövlətlərin Azərbaycana təzyiq cəhdindən başqa bir şey deyil:

“Bu toplantının mahiyyətini düzgün anlamaq üçün tarixə nəzər salmaq lazımdır. Qərb-xristian dünyasının Səfəvi və Osmanlı kimi türk imperiyalarını zəiflətmək, sıradan çıxarmaq, həmçinin onlar arasında fasiləsiz savaşların baş verməsi üçün hansı oyunlardan çıxdıqları məlumdur. Aradan əsrlər keçsə də, bu yanaşma dəyişmir.

Qərb indi də Türkiyə ilə Azərbaycanı zəiflətmək, təzyiq altında saxlamaq üçün davamlı işlər görür. BMT Təhlükəsizlik Şurasının toplantısı isə 44 günlük müharibədə böyük qələbə qazanan, son antiterror əməliyyatları ilə separatçıları diz çökdürən Azərbaycana qarşı təzyiq cəhdidir.

Baxın, Təhlükəsizlik Şurası vaxtilə özünün qəbul etdiyi dörd qətnamənin icrası üçün heç nə etməsə də, indi özünü erməni təəssübkeşi kimi aparır. Bu, gizlədilməsi mümkün olmayan siyasi riyakarlıqdır.

Ancaq nə Türkiyə, nə də ki Azərbaycan əvvəlki ölkələrdir. İki qardaş dövlət öz mövqelərini xeyli gücləndirib və istənilən təzyiqi dəf etmək gücündədir.

Qeyd edim ki, Qərb ölkələrindən Böyük Britaniya tarixən olduğu kimi, indi də Azərbaycanın haqlı mövqeyini nəzərə almağa çalışır. O cümlədən, Macarıstanın Avropa İttifaqının antiAzərbaycan qətnaməsinin qarşısını aldığını da məmnunluqla vurğulayıram. Yekunda onu demək istəyirəm ki, özlərini ermənilərin hamisi qismində aparanlar son proseslərdə Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməli olacaqlar”.

A.Zeynalov

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv